Dərc edilib: 11-03-2020

https://www.nuh.az/23216-.html

“Azərsu” küçəni qazdı və qaçdı – Əmircanda sakinlər ayağa qalxdı – VİDEO+FOTOLAR

11.03.2020 09:56:10

LIVE

“Azərsu” ASC su çəkir, amma yolları bərbad günə salıb gedir.

 

 Kivnews.com-a müraciət edən, Suraxanı rayonu, Əmircan qəsəbəsi 1-ci mədən küçəsinin (Zahid Əliyev küçəsinin üst  hissəsi) sakinləri bildirir ki, yanvar ayından başlayaraq yeni su boruları çəkilməsi adı ilə  yaşadıqları küçə “Azərsu” ASC tərəfindən qazılaraq bərbad hala salınıb. Küçənin bir hissəsinin su xətti yenilənsə də, 10-a yaxın evin suyu yenilənən xəttə qoşulmayıb.

Sakinləri narahat edən məsələ “Azərsu” ASC tərəfindən küçələri qazıldıqdan sonra ASC işçilərinin işlərini yarımçıq atıb getməkləri ilə bərabər bərbad hala saldıqları yola əncam çəkməmələridir. Hətta yollarının dözülməz günə salınmasına etiraz edən sakinlər ASC-nin Qaynar xəttinə bu barədə dəfələrlə müraciət etsələr də, hər dəfə sakinlərə söz verilir, amma vədlərinə əməl etmirlər. Aşağıdakı videoda küçənin sakinləri köhnə su xəttinin dağıdılması və yenisinin də hələ hazır olmamasını bildirilər.

Ətraflı aşağıdakı videoda:

Kivnews.com

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib