Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23238-.html

Vüsal Kərimlinin Ziya Məmmədovu xatırladan gedişi - BNA-dan Narazılıq

12.03.2020 14:13:49

LIVE

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti narazılıq yaratmaqda davam edir.

BNA-nın fəaliyyətindən narazılıqlar barədə "Leqal.info"ya müraciətlər davam edir.

Yarandığı vaxtlarda böyük ümidlər etdiyimiz qurum bu gün vəzifəsinin öhdəsindən gələ bilmir. İllər öncə paytaxtda yaşanan ciddi problemlər elə bu gün də qalmaqdadır. İstər axşam saatlarında Bakı kənd və qəsəbələrinə işləyən avtobusların qeybə çəkilməsi, istərsə avtobus çatışmazlığı və s. Bir sözlə, Ziya Məmmədovun dövründə nəqliyyatla bağlı hansı çatışmazlıqlar mövcud idisə, elə idi də həmin problemlər yaşanır. Dayanacaqlarla bağlı məsələlərdə isə sözün əsl mənasında anarxiya hökm sürür. İstəyən şəxs əlinə bir taxta parçası alaraq, hansısa yol kənarının ona aid olduğunu və orada dayanan avtomobillərdən pul aldığını görürük. Onlara isə gözün üstə qaşın var deyən yoxdur. Sanki BNA sədri Vüsal Kərimlinin bacısı uşaqlarıdır. Amma belə olmamalıdır. Şəhərimizə minlərlə turistin, xarici qonaqların gəldiyini nəzərə alsaq, belə xoşagəlməz hallara son qoyulmalıdır.
Vüsal Kərimli və onun işçiləri guya bu mənzərədən xəbərləri yoxdur? Əlbəttə cəmiyyətimizdə yaşanan hər bi r problemdən əlinin içi kimi xəbəri var. Lakin tədbir görməkdə acizlik göstəriri. BNA sədri təpər nümayiş etdirsə, avtobus dayanacaqlarını zəbt edən taksilərin də, yol kənarını qanunsuz işğal edən əli taxtalıların da fəaliyyətinə son qoya bilər. Vüsal Kərimli işçilərinin əlinə fotoaparat verib küçələrə salıb nəqliyat vasitələrini fotolarını çəkib cərimələməklə işlərinin bitdiyini düşünürsə, çox böyük yanlışlığa yol verir. Vaxtilə Ziya Məmmədov da “qoçularına” elə bir səlahiyyət vermişdi ki, qardaş-qardaşı küçənin ortasında döyürdü. Hətta vəziyyət elə bir həddə çatmışdı ki, “Ziyanın qoçuları” adı brendə çevrilmişdi. Həmin “qoçular” da guya qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlarla mübarizə aparırırdı. Amma bu mübarizə küçənin ortasında əlbəyaxa davaya, tatamidə baş tutmuş yarışlara bənzəyirdi. Onlar da dəxli oldu-olmadı sürücələri saxlayıb sənədlərini əlindən alır və davaya şərait yaradırdılar. Ziyadan fərqli olaraq Vüsal Kərimlinin işçiləri bir qədər müasirləşib. Onlar ancaq şəkil çəkirlər. İlk vaxtlarda Ziyanın “qoçuları”na qarşı da sürücülər dözürdü, amma sonradan əlbəyaxa davalara səbəb oldu. İndi də BNA işçilərinin getdiyi yol əlbəyaxa davalara səbəb ola bilər. Ona görə də, BNA sədri Vüsal Kərimli və Agentliyin mütəxəssisləri fikirləşib elə bir sistem ortaya qoymalıdır ki, şəhər nəqliyyatlı saat mexanizmi kimi işləsin və bu zaman sadə vətəndaşlar ziyan görməsin.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib