Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23239-.html

Prezident Bahar Muradovaya yeni vəzifə verdi

12.03.2020 17:36:10

Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edib. 


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 

Qeyd edək ki, Bahar Muradova 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, deputat kimi fəaliyyət göstərib. O, 6-cı çağırış parlament seçkilərinə qatılmayıb. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib