Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23240-.html

Qan çəni partladı: küçələr qana boyandı - VİDEO

12.03.2020 17:45:36

Maqazin

Argentinada sallaqxanada kəsilən heyvanların qanının yığıldığı çənin partlaması nəticəsində ərazidə yerləşən bir neçə küçə qana boyanıb.

 

 İnsident Moreno şəhərində baş verib. Bu barədə “24con.com” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ətrafa dağılmış bioloji tullantıların həcmi təxminən 500 min litrdir.

Bildirilir ki, qan tez quruduğundan bir neçə yanğınsöndürmə briqadası onu yuyub təmizləmək üçün çox işləməli olub.   

Bununla yanaşı yerli sakinlər, balaca küçələrdə təmizlik işləri praktiki olaraq aparılmadığını bildirərək şikayət ediblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib