Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23243-.html

Yeni səfirimiz Allahşükürün yeznəsidir

12.03.2020 18:40:26

Dünya

Prezidentin sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Çex Respublikasına səfir təyin edilib.

bakupost.az   xəbər verir ki, o, 2013-2018-ci illərdə İsveç və Norveç krallıqlarında, eyni zamanda Finlandiya Respublikasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
17 dekabr 1968-ci ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olan Adış Məmmədov Qafqaz Müsəlmaanları İdarəsinin sədri Allahşükür Paşazadənin kürəkənidir.
O, şeyxin böyük qızı Əmanət Paşazadənin həyat yoldaşıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib