Dərc edilib: 12-03-2020

https://www.nuh.az/23250-.html

Xanim professor Prezidente MİNNƏTDARLIQ etdi ŞOK VİDEO

12.03.2020 23:32:29

Hadisə

İki dəyərli Azərbaycan qadını, iki tanınmış ictimai-siyasi xadim, Azərbaycan Parlamentinin iki parlaq siması Bahar xanım Muradova və Elmira xanım Axundova bu gün cənab Prezident İlham Əliyevin sərəncamları ilə yüksək vəzifələrə təyin olundular. Bu münasibətlə mən hər iki əzizimizi ürəkdən təbrik edir, Azərbaycanımızın bu günü və gələcəyi uğrunda çıxdıqları böyük yolda onlara hər zaman olduğu kimi, bundan sonra da uğurlar arzulayıram.


Bunu Etikxeber.az-a açıqlamasında professor, Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

O, qeyd edib ki, bu addım, yüksək dövlət etimadının, qadınlarımızın cəmiyyətdə durmadan artan nüfuzunun daha bir bariz nümunəsi kimi qiymətləndirilməlidir.

“Bütün dünyada Azərbaycanın qadın simvolu olan, möhtərəm həmkarımız xanım Mehriban Əliyevanın bundan iki il öncə çox ali bir vəzifəyə – Azərbaycan Respublikasının Birinci vitse Prezidenti kürsüsünə yüksəlməsi, elə bundan iki gün öncə iyirmi iki qadın deputatdan altı nəfərinin-Sahibə xanım Qafarovanın Milli Məclisin sədri, Hicran xanım Hüseynovanın, Qənirə xanım Paşayevanın, Məlahət xanım İbrahimqızının, Sevinc xanım Fətəliyevanın və bəndəniz Jalə Əliyevanın komitə sədri və sədr müavini vəzifələrinə seçilmələri Azərbaycan qadınına göstərilən etimadın, etibarın və ehtiramın ən parlaq təsdiqidir. Qadınlarımıza verdiyiniz bu dəyər üçün Sizə minnətdarıq cənab Prezident!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib