Dərc edilib: 14-03-2020

https://www.nuh.az/23274-.html

Dünyada inanclar-Gəlin palçığa batırılmalıdır

14.03.2020 10:30:19

Maqazin

Məntiqli bir açıqlaması olmamasına baxmayaraq bütün ölkələrdə özünəxas batil inanclar var. Ailə üzvləri və ya yaxın dostların vasitəsilə təlqin edilən bu inanclar bəzi hallarda bizim həyatımıza da təsir göstərir.
Qaynarinfo həmin batil inanclardan bəzilərini təqdim edir.
Rusiyada quşu ağacdan endirməyin pul gətirdiyinə inanılır.
 
Fransada əgər bir itin arxasınca ilk sol ayağınızı ataraq hərəkət etsəniz, bu sizə xoşbəxtlik gətirir. Fransızlar hesab edir ki, itin arxasıca sağ ayaqla addımlamağa başlamaq yaxşı hadisə vəd etmir.
 
Almanların isə pişiklərlə bağlı batil inancı var. Onlar belə hesab edir ki, əgər qarşınızdakı pişik soldan sağa ziq-zaq hərəkət edirsə, bu xoş olmayan bir hadisədən xəbər verir. Yox əgər əksinədirsə sizə xoşbəxtlik gətirəcək.
Dağıstanda əgər şorbanıza milçək düşsə narahat olmayın. Bu sizə bir hədiyyə gələcəyindən xəbər verir.
Yunanlar belə düşünür ki, asqıranda kimsə sizin arxanızca danışır. Digər bir inanlarına görə isə bol tikanlı kaktus insanı bütün pisliklərdən qoruyur.
Qırıq boşqablar danimarkalılara uğur gətirir. Bu səbəbdən Yeni İl rəfəsində onlar bir-birlərinə hədiyyə bağışlayanda bundan istifadə edirlər.
Çində əgər yediyiniz makaronlarınızdan biri digərlərindən çox uzundursa, ona toxunmayın. Bu, uzun ömür və rifahın əlaməti hesab edilir.
Yaponlar belə düşünür ki, qaranlıqda aynaya baxılmamalıdır.
Maltada bütün kilsələrin saatları müxtəlif vaxtları göstərir. Bunun səbəbi şeytanı çaşdırmaqdır.
Qətərdə hörümçək öldürmək yaxşı əməl hesab edilmir. Çünki qətərlilər hörümçəyin evi yanğından qoruduğuna inanırlar.
İtalyanlar belə hesab edir ki, tərif almaq bütün müsibətlərin anasıdır.
Şotlandiyada xoşbəxt ailə həyatı üçün gəlin palçığa batırılmalıdır.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib