Dərc edilib: 15-03-2020

https://www.nuh.az/23300-.html

Səhiyyə naziri istefa versin! - Əks təqdirdə...

15.03.2020 09:59:49

Hadisə

Hazırkı şəraitdə Səhiyyə Nazirliyi Azərbaycanda 1 nömrəli nazirlik, səhiyyə naziri də ən çox məsuliyyət götürən şəxs olmalıdır. Koronavirus pandemiya elan edildikdən sonra qarşıda duran həlli vacib birinci vəzifə Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunması olmalıdır.
Hər kəs bu məqsədə xidmət etməli və buna nail olmaq üçün çalışmalıdır. Səhiyyə naziri bütün tədbirlərdə öndə olmalı, televiziya ekranlarından düşməməli, mətbuata açıqlamalar verməli, hərəkətləri və davranışları ilə vətəndaşlara nümunə göstərməlidir. Lakin, təəssüflər qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab vermir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərbad vəziyyətə qoyan şəxsin bu sistemə rəhbərlik etməsi yolverilməzdir. Odur ki, səhiyyə nazirini nə qədər gec deyil istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində böyük olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxa bilməyəcək.
Qubad İbadoğlu
ADR-nin sədri
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib