Dərc edilib: 17-03-2020

https://www.nuh.az/23347-.html

Rafael Dadaşov dəfn edildi - Fotolar

17.03.2020 16:07:34

Maqazin

Bu gün Xalq artisti Rafael Dadaşov torpağa tapşırılıb. 


“Qafqazinfo” xəbər verir ki, mərhum aktyorla vida mərasimi koronavirusla bağlı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən keçirilməyib. 

Bu səbəbdən kiçik mərasim teatr və film ulduzunun Səbail rayonundakı evində təşkil olunub. Yasda tanınmış kino-teatr xadimləri, aktyor və aktrisalar, rəsmi şəxslər iştirak edib. 

Rafael Dadaşov II Fəxri xiyabanda dəfn edilib. 

***

Mərhumun oğlu Emil Dadaşov jurnalistlərə qısa açıqlama verib: “Valideynlərinizin qədrini bilin, atam tək bizə yox, bütün Azərbaycan xalqına məxsus idi. Daim qohumların, qonaqların köməyinə gedib. Allah rəhmət eləsin”.

***

Mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dəfn mərasimində iştirak etmək üçün İkinci Fəxri Xiyabana gəliblər. 

***

Əbülfəs Qarayev bildirib ki, gələcəkdə Xalq artistinin xatirəsinə gecə təşkil ediləcək: “İndiki dövrdə şərait imkan vermir, ancaq vəziyyət düzələndən sonra mütləq Rafael Dadaşovun xatirəsinə teatrda ədəbi gecə keçiriləcək, onun xatirəsi yad olunacaq. Böyük ziyalı, gözəl insan, yaxşı dost idi. Çoxşaxəli mədəniyyət sahələrində çalışıb, Allah rəhmət eləsin.”

***

Mərhumun qızı Səidə Dadaşova da atasıyla bağlı danışıb: “Onu necə qaytarım?! Baxışıyla danışan adam idi. Arxam, dayağım idi. Körpə uşaq kimi başını çiynimə qoyardı. Allah heç bir evi böyüksüz qoymasın. Atalar ölmür, mən atamın qızıyam.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov

 


















 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib