Dərc edilib: 17-03-2020

https://www.nuh.az/23349-.html

Qaqarinin həyat yoldaşı dünyasını dəyişdi

17.03.2020 22:04:39

Dünya

Kosmosa uçan ilk insan, sovet kosmonavtı Yuri Qaqarinin həyat yoldaşı Valentina Qaqarina dünyasını dəyişib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kosmonavtların Təlim Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Valentina Qaqarina 85 yaşında vəfat edib.

Onun harada dəfn olunacağı hələlik bilinmir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib