Dərc edilib: 18-03-2020

https://www.nuh.az/23353-.html

Çiy kartofun hansı faydaları var?

18.03.2020 09:42:16

Kriminal

Bugünkü gün gündəlik rasionu kartofsuz təsəvvür etmək çətindir. “Qafqazinfo”nun “MedikForum.ru”ya istinadən məlumatına görə, bu tərəvəz bir çox yemək və qarnirlərin əsası olmaqla bərabər, həm də xalq təbabəti vasitəsidir.  


Məsələn, çiy kartof şirəsi bağırsağın işini normallaşdırır. Onu acqarına gündə yarım stəkan içirlər. Lakin özünümüalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşmək zəruridir. Əks halda, zərərsiz kartof sizinlə qəddar zarafat edə bilər.  

Üz üçün kartof maskalarını mütəxəssis məsləhəti olmadan da etmək olar. Duru sıyıq halında üzə çəkilən çiy kartof onu nəmləndirməyə və toksinləri çıxarmağa kömək edir. Bundan əlavə, çiy kartof şirəsi ilə yanıqları müalicə etmək olar.

Antioksidantlarla zəngin bu tərəvəz dərinin cavan qalmasına da təsir göstərir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib