Dərc edilib: 18-03-2020

https://www.nuh.az/23359-.html

Azərbaycanda vəzifəli şəxs məhkəmə qarşısında

18.03.2020 12:04:05

İdman

Gəncə Dövlət Universitetinin dekan müavini Anar Yusifov barəsində açılan cinayət işi yekunlaşıb. 
Oxu.Az   xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. 
A.Yusifovun barəsində aparılan ibtidai istintaq artıq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
İş hakim Dadaş İmanovun icraatına verilib. 
Məhkəmənin hazırlıq iclası martın 30-a təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib