Dərc edilib: 22-03-2020

https://www.nuh.az/23409-.html

Bakı küçələri bu saatlarda xüsusi texnikalarla yuyulacaq -

22.03.2020 10:03:02

Maraqlı

Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaqdır.


Bu barədə "Qafqazinfo"ya Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaqdır.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib