Dərc edilib: 24-03-2020

https://www.nuh.az/23434-.html

Azərbaycanda virusdan 1 nəfər dünyasını dəyişib və 10-u sağalıb

24.03.2020 09:12:41

Maqazin

"Hər yeni aşkar olunan şəxs qeydiyyata alınır və onunla ünsiyyətdə olan insanlar araşdırılır".

Qaynarinfo xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov ölkədə tətbiq olunacaq xüsusi rejimlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər 72 hal aşkar olunub, onlardan 10-u sağalıb və bir nəfər dünyasını dəyişib: "Hazırda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır".
Nazir müavini qeyd edib ki, xəstəlik aşkar olunan şəxslərdən iki nəfəri xarici vətəndaşdır: "Xəstəlik aşkar olunan şəxslərin yaş aralığı 29-50-dur". 
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib