Dərc edilib: 24-03-2020

https://www.nuh.az/23436-.html

Azərbaycanda koronavirusa yoluxma Cənub zonasında daha çoxdur

24.03.2020 09:43:23

Maraqlı

"Fevralın axırı-martın əvvəli koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə idxal olunurdu. Ondan sonra xəstəlik halları ölkə daxilində qeydiyyata alınmağa başladı”. 
Qaynarinfo xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma daha çoxdur:
"Bu da sərhədlərin tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan daxil olmuşdu, çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları da var idi. Ona görə böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik”.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib