Dərc edilib: 25-03-2020

https://www.nuh.az/23452-.html

“Sərt tədbirlər olmasa, yoluxanların sayı 100 minlərə qalxa bilər” - Video

25.03.2020 11:15:27

Maqazin

Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramına müsahibə verib. 


“Qafqazinfo” xəbər verir ki, nazir hazırda ölkədə koronavirusla mübarizədə aparılan tədbirlərdən danışıb. 

**

Şirəliyev deyib ki, Azərbaycanda tədbirlər tez həyata keçirildi və bu tədbirlər dəqiq idi:

"Bizə qardaş Türkiyənin vasitəsilə ilk testlər gətirildi. Elə həmin testlərlə ilk xəstələr müəyyən olundu. Bəziləri sağalıb evə buraxıldı. Qalanlar arasında müsbət gediş onu deməyə əsas verir ki, onlar da sağalacaqlar. 10 minə qədər insan arasında test aparılıb.

Xəstəliyin gedişatı, həm də başqa ölkələrin təcrübəsi onu göstərir ki, daha ciddi və sərt tədbirlər olmasa, vəziyyət tam dəyişə bilər. Bu bir həqiqətdir. Yoluxanların sayı 10, 100 minlərə qalxa bilər. İnkişaf etmiş ölkələrin səhiyyəsi də bunla bacara bilməz".

**

"Azərbaycanda laboratoriyalar tam gücüylə işləyir. Bu labaratoriyalar regionda da var. Yerində laborator təyinatlar aparılır. Çox gözəl mütəxəssislərimiz var", - deyə nazir bildirib. 

**

"Hər azərbaycanlı bilməlidir ki, imkanlardan artıq hər şey edilir. Sonda bu məsələ insanlardan daha çox asılıdır. Bizim bütün qurumlar vəziyyətlə çox yaxşı tanışdır. Hər sahədə ehtiyat nəzərdə tutulub. Səhiyyə sahəsində lazım olanda çarpayıların sayı artırıla bilər, əlavə xəstəxanalar bu işə cəlb oluna bilər. Biz hər şeyə hazırıq", - deyə Şirəliyev əlavə edib. 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib