Dərc edilib: 25-03-2020

https://www.nuh.az/23453-.html

Bu günədək Koronavirus Fonduna nə qədər ianə edilib?

25.03.2020 11:48:37

Cəmiyyət

Prezident İlham Əliyevin fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə kimi 78 764 611 manat ianə edilib.


"Qafqazinfo" xəbər verir ki, ianələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 569 hüquqi, 472 fiziki şəxs ianə köçürüb. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu martın 19-da yaradılıb.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən, xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib