Dərc edilib: 26-03-2020

https://www.nuh.az/23477-.html

Arif Quliyev 65 yaş qadağasını pozdu, evə göndərildi - Video

26.03.2020 17:37:23

Hadisə

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.


“Qafqazinfo” xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı Xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.

Xalq artisti ilə maarifləndirici söhbət aparılıb, ona karantin qaydaları izah edilib və o, yaşadığı ünvana göndərilib. 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib