Dərc edilib: 26-03-2020

https://www.nuh.az/23479-.html

Azerbaycanda koronavirusa görə məhbuslar azad olundu

26.03.2020 18:35:33

Reportaj

Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb.


Bu barədə " Qafqazinfo"ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:

"Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl şərti azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl şərti azad olunacaq".

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib