Dərc edilib: 27-03-2020

https://www.nuh.az/23484-.html

Ölkəyə gətirilən 500 min maska hara yoxa çıxıb? - Apteklər yenə “yoxdur” deyir (VİDEO)

27.03.2020 10:40:32

Kriminal
Paytaxt apteklərində tibbi maskaların olub-olmaması ilə bağlı reyd keçirilib.

Real TV-nin əməkdaşı paytaxtda bir neçə aptekə baş çəkərək dövlət rəsmilərinin ölkəyə 500 min tibbi maska gətirilərək apteklərə paylandığını xatırladaraq satışda maska olub-olmadığını soruşub.

Onların əksəriyyətində artıq tibbi maska olmadığı bildirilib. Əczaçılar depodan onlara gündəlik limitlə, 50 ədəd maska verildiyini bildiriblər və əlavə edilib ki, tələbat çox olduğu üçün maskalar tez satılıb bitir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib