Dərc edilib: 28-03-2020

https://www.nuh.az/23500-.html

Sən kimin əmisioğlusan, Zakir Fərəcov: Ayının..?

28.03.2020 12:14:09

İqtisadiyyat

Kimlərsə düşünə bilər ki, bu köhnə şəkildir. Əsla belə deyil. Bu şəkil cəmi 3 gün öncə  Sumqayıt şəhərinin kəndxudası ( meri yox, çünki şəhərin merini vətəndaşlar seçir ) Zakir Fərəcovun kabinetində KORONOVİRUS-la mübarizəyə həsr olunmuş TOPLANTI-da çəkilib.

 

 Təsəvvür edirsiniz bütün dünya, eləcə də ölkəmiz dəhşətli virusdan qorunmaq üçün kütləvi tədbirlərdən imtina edir, onlayn idarəçiliyə keçir. Bu kəndxuda isə özünün qulbeçələrini kabinetinə yığıb iclas keçirir, Allah qoymasa koronovirusa qarşı mübarizədən danışır. Əslində onun məqsədi virus-zad deyil e, iş adamlarının pullarını yenidən mənimsəməkdir. Bunu da sivil yolla edə bilmir. Əgər bu şəkil hansısa xarici bir jurnalistin əlinə düşsə. görəsən ölkəmiz haqqında nə mənfi şeylər düşünərlər. Bu xanə-xərəb hələ də başa düşmür ki, belə kütləvi toplantılar, koronavirusun yayılması üçün əla-münbit şəraitdir. O bir lətifədə olan kimi "Sən kimin əmisi oğlusan, ayının, yoxsa...". İndi soruşmaq ayıb olmasın, Zakir Fərəcov sən koronovirusun əmisi oğlusan, yoxsa...

Hətta mötəbər mənbənin dediyinə görə, bu RÜSVAYÇI  KÜTLƏVİ TOPLANTI-dan sonra Zakir Fərəcovu yuxarıya çağırıb xeyli danlayıblar və soruşublar ki, sən kimin əmisi oğlusan? 

Məlumata görə, təkcə toplantıya görə deyil, həm də iş adamlarının şikayətinə görə Zakir Fərəcova sonuncu xəbərdarlıq edilib. Məlum olub ki, bir neçə il əvvəl Sumqayıtın abadlığı adı altında iş adamlarını aldadan, pullarını mənimsəyən Zakir Fərəcov, bu dəfə koronavirusdan istifadə edib, varlanmaq eşqinə düşüb. Bu isə yuxarıların kəskin qəzəbinə səbəb olub. 

Zakir Fərəcovun belə rüsvayçı işləri çoxdur. Bu adam hətta virusdan da xeyir qazanmaq istəyir. 

Ötən yazımızda bu şəxsə xəbər göndərdik ki, VİKİPEDİ-yada tərcümeyi-halındakı yalanları korrektə elə. Amma kimə deyirsən ? 

Bir məşhur komediyada olan kimi...Deyir Dadaşbala 5 yaşında kolxozun danasına gedirdi. 

Bizim Zakir Fərəcov isə Laçında 10-cu sinifdə oxuya-oxuya Sumqayıtda Kommunal Təsərrüfat Birliyində çalışırmış. 

Heç belə komediya görmüsünüz ? Hətta bizim xəbərdarlığımızdan sonra da VİKİPEDİ-yada cənab kəndxudanın tərcümeyi-halı olduğu kimi qalıb. 

Görünür bu adamın başı pula o qədər qarışıb ki...hətta koronavirusa da hədə-qorxu gəlir. Koronavirusa deyir ki, səni içəri-həbsxanaya basdıraram.

Ya da bu adamın başında ciddi problem var. 

Bu barədə növbəti yazıda. 

 



 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib