Dərc edilib: 28-03-2020

https://www.nuh.az/23504-.html

Şamaxıda alban kilsəsində mal-qara saxlanılir

28.03.2020 18:25:15

Günün sitatı
"Qonum-qonşu kilsəyə ot yığırdı".

Bunu Qaynarinfo-ya açıqlamasında Şamaxı rayon Mədrəsə qəsəbə bələdiyyəsinin sədri Asim Bayramov Şamaxıda alban kilsəsində mal-qara saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan videodan danışarkən deyib. 

O, bildirib ki, sözü gedən çəkiliş bir neçə ay əvvəl olub:

"Bu, bir neçə ay əvvəl olub. Qonum-qonşu ora ot yığırdı. Bizə tapşırıq gəldi. Biz də təcili olaraq oranı təmizlətdirdik. Hazırda kilsədə heç nə yoxdur. Amma təmirə ehtiyacı var. Bu da bizim imkanımızdan kənardır. Ancaq dövlətin dəstəyi lazımdır".

Qeyd edək ki, sosial çəbəkədə Samaxıda tarixi abidənin mal tövləsi edilməsi ilə bağlı video paylaşılıb. Sözü gedən video narazılığa səbəb olub.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib