Dərc edilib: 29-03-2020

https://www.nuh.az/23507-.html

Bu gün metroda basabas yarandı - Foto

29.03.2020 09:33:15

Reportaj

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin tələbləri daha da gücləndirilib.


"Qafqazinfo" xəbər verir ki, tələblərdən biri Bakı Metropoliteninin müəyyən saatlarda işləməsidir.

Belə ki, metro səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarında işləyəcək. Artıq səhər saatlarında metronun açılmasını gözləyən xeyli insan stansiyalara toplaşıb.

Bu isə xüsusi karantin rejiminin tələblərinin pozulmasıdır. Tələbə əsasən, 10-dan çox insan bir yerə toplaşmamalıdır. 

 

 

  


NUH informasiya agentliyi səhifəsindən çap edilib