Dərc edilib: 29-03-2020

https://www.nuh.az/23510-.html

Skamyalarda oturmaq qadağan edildi - Fotolar

29.03.2020 10:23:22

Günün sitatı

Xüsusi karantin rejimində insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyulub. 


Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, buna səbəb hələ də bəzi vətəndaşların özünütəcrid tədbirlərinə adekvat davranmamasıdır:  “Belə ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır. 

Vətəndaşlarımızdan xahiş edirik ki, xüsusi karantin rejimi davam etdiyi müddətdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində yalnız müntəzəm marşrut xətləri üzrə avtobusların xidmətlərindən istifadə etsinlər. Həmçinin, tövsiyə edirik ki, özünütəcrid tədbirlərinə uyğun davransınlar, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməkdən çəkinsinlər”.

 





  

NUH informasiya agentliyi səhifəsindən çap edilib