Dərc edilib: 29-03-2020

https://www.nuh.az/23513-.html

SUMQAYITI ÇƏNLİBELƏ, ƏBU HƏSƏNİN MAĞARASINA ÇEVİRƏNLƏR

29.03.2020 11:37:49

LIVE

Ay Zakir Fərəcov, Adil Xudadatov, camaat siz deyilsiniz ki, vəzifə, "peçat" pul, cismən rahatlıq, bolluq içərisində yaşamaq uğruna özlərini hər yola qoysunlar. Dallarınca "zurna" çalınsa da qəbul etsinlər, peysərə vursunlar. Çünki insanlar ailə dəyərlərini qoruyur və hər şeydən üstün tuturlar. Onun üçün də halal yaşamağa, təmiz, ləyaqətli, vicdanlı, mərd olmağa üstünlük verirlər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və sağ tayı, (əli) Memarlıq Şöbəsinin rəhbəri Adil Xudadatov.
Talançıqla əldə etdiklərinizi, topladığınız rüşvətləri yığın altınıza, ehtiyyatınıza toxunmağa qıymayın. Abadlaşma işlərində həzm-rabeydən keçirtdiyiniz pulların yerini doldurmaq, borclu olduğunuz fəhlələrin, traktor sürücüləri, usta və iş adamlarının pulunu guya qaytarmaq adıyla iaşə obyektlərindən, özəl iş adamlarından; yanacaqdoldurma məntəqələri, maqaza, restoran və s. sahiblərindən, idarə müdirləri və direktorlardan bac-xərac toplayaraq öz "zibillərinizi" təmizləməyə çalışın. Bu sizlərin həmişəki reketliyiniz, quldurluğunuzdur. Sizlər öyrəşikli quşsunuz.
Qaytarın. Özünüzü hansı yola qoyursunuz qoyun, təki, 1 tikə çörəyə mötac qoyduğunuz adamların zəhmət haqqını ödəyin.
Adil Xudadatov, Abşeronda Zakir Fərəcov səni həbs etdirdiyi zaman Z. Fərəcovun yanına sənin xahişinə gedən həmin o adamın hesabına genəldin deyəsən. Zakir Fərəcov da sənin milyonunu və başqa şeyini əlindən aldı. Onsuz da siz belə şeyləri "man" bilmirsiniz. Siz arxanızdan deyilən sözləri peysərə vura bilərsiniz. Lakin, insanlar fəhləlik etsələr də təmiz ad saxlayırlar, ailələrini qoruyur, söz gətirmirlər.
Deyirəm Zakir Fərəcov da lap Don Juan olub. Beyninə mənşəyi bilinmyən qan vurduraraq özünü zorla dik, şax, şux saxlayır və...
Ay səni Zakir...Qoca qurd.

Zakir Fərəcovun kadrları niyə belədir!?

Zakir Fərəcovun da dosyası maşallah olsun, öz gönü kimi çox qalındır. Saray bələdiyyə sədrini evlərində ailəqarışıq öldürtdürür, torpaqları öz dədə malı kimi çar-çur edir və s.
Adil Xudadatov, düdük, özünüzü bu qədər abırsızlığa qoymayın. Siz hər şeyinizi tapdaya bilərsiniz. Lakin, vətəndaşların ailə düzənini, rahatlığını, kasıbçılığını pozmayın.
Nə qədər gec deyil, özünüzü axırıncı yoldan geri qaytarın.

Heç olmazsa indiki şəraitdə, "evdə qal" kompaniyası başlanan bir vaxtda camaatın pulunu qaytarın ki, onlar da öz ailələrinı başlarına yığıb evlərində rahat otursun, dünyanı cənginə alan bu bəlanı ötüşdürsünlər.

Sonunda, unutmayın ki, sizi xalqa xidmət etmək üçün orda oturdublar.
"Deyəsən bu xəmir hələ çox su, sosial şəbəkələr isə çox statuslar aparacaq."

Ən azı, sizdən şikayətçi olan və öz halal zəhmət haqlarını tələb edən 400 nəfərdən çox insanın pulunu qaytarmayınca, sizlərdən əl çəkdi yoxdur.

 xeberfakt.az


SUMQAYITI ÇƏNLİBELƏ, ƏBU HƏSƏNİN MAĞARASINA ÇEVİRƏNLƏR.
SUMQAYITI ÇƏNLİBELƏ, ƏBU HƏSƏNİN MAĞARASINA ÇEVİRƏNLƏR.

NUH informasiya agentliyi səhifəsindən çap edilib