Dərc edilib: 29-03-2020

https://www.nuh.az/23516-.html

Bu gözlər koronavirusun əlaməti ola bilər – ABŞ oftalmoloqu

29.03.2020 12:50:52

Maraqlı

Koronavirusun bütün dünyda yayıldığı indiki məqamda milyonlarla insanı bu xəstəliyə görə testdən keçirmək ciddi problem olaraq qalmaqdadır.

 

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Amerika Oftalmologiya Akademiyası maraqlı açıqlama ilə çıxış edib. Konyunktivitin, yəni gözlərdəki iltihabın koronavirus infeksiyasından yaranmasının mümkünlüyünə diqqət çəkən ABŞ həkimləri, konyunktiviti olan şəxsləri koronavirus testindən ilkin olaraq keçirməyə səsləyib.

 

Aparılan statistik araşdırmlar gösdtərib ki, koronavirusa tutulan hər 30 şəxsin birində bu xəstlik özünü məhz gözlərədki iltihabla büruzə verir. ABŞ oftalmolqoları hesab edir ki, konyunktiviti olan şəxslərin müvafiq testdən keçirilməsi koronavirus xəstələrinin erkən təsbitinə şərait yarada bilər.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib