Dərc edilib: 29-03-2020

https://www.nuh.az/23517-.html

Azərbaycanda koronavirusdan ölənlər dini qaydalarla dəfn edilir

29.03.2020 13:27:36

Region

 

Koronavirusdan vəfat edən şəxslər xüsusi ayrılmış Təcili Tibbi Yardım briqadası tərəfindən infeksiyasının yayılmasının qarşısının alınması üçün tədbirlər görülməklə xüsusi torbaya yerləşdirilir.

 

Bu barədə REAL TV-də bildirilib.

Qeyd edilir ki, bu zaman yüksək təhlükəsizlik tədbirləri görülür. Vəfat edən şəxsin nəşi xüsusi rejimli xəstəxanadan eyni təhlükəsizlik tədbirləriylə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə aparılır. Daha sonra cənazə dini qaydalara uyğun şəkildə dəfn edilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib