Dərc edilib: 30-03-2020

https://www.nuh.az/23536-.html

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

30.03.2020 14:33:04

İdman

“Kommersiya banklarından kredit götürən sahibkarlara və vətəndaşlara 3 ay möhlət verilməsi məqsəduyğun olardı”.

 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov deyib.
V. Bayramov bildirib ki, bununla bağlı dünya təcrübəsində nümunələr var: “3 ay müddətində kreditlərin gecikməsinə görə faiz və cərimələrin yazılmamasını təklif edirəm”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. (APA)

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib