Dərc edilib: 30-03-2020

https://www.nuh.az/23539-.html

MM-in indiki deputatı İngiltərədə 3.3 milyon dollarlıq ev aldı

30.03.2020 17:44:31

Hadisə

Azərbaycan Milli Məclisinin üzvlərindən biri sonuncusu 28 gün əvvəl sövdələşməklə, İngiltərədə ümumi dəyəri ən azı 2 700 000 funt sterlinq (3 milyon 350 min dollar) olan 4 ev alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
C.Həsənli hələlik deputatın adını açıqlamayıb: "Həmin deputat Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir qəpik də köçürməyib. Gəl ki, keçmiş deputatın fonda 1 manat yardımı müzakirə mövzusu olub...”.
  

NUH informasiya agentliyi səhifəsindən çap edilib