Dərc edilib: 31-03-2020

https://www.nuh.az/23545-.html

Milli Məclis sədri kreslonu dəyişdirdi (FOTO)

31.03.2020 09:43:01

Mədəniyyət

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin plenar iclas zalındakı kreslosunu dəyişdirib.

Pravda.az-ın xəbərinə görə, hazırki kreslo sadəliyi ilə fərqlənir. Əvvəlki kreslo bir qədər böyük və cəlbedici olub.
Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda "ASAN Həyat” kompleksinin açılışında "ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulan kreslonun dəyişdirilməsini tələb edib: "Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.
Sonra ölkə başçısı üçün qoyulmuş xüsusi kreslo adi stulla əvəzlənib.
Xatırlatma: Martın 10-da Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova sədr seçilib.
 

    

NUH informasiya agentliyi səhifəsindən çap edilib