Dərc edilib: 31-03-2020

https://www.nuh.az/23548-.html

Lukaşenko: "Covid-i VODKA və SAUNA ilə dəf edəcəyik"

31.03.2020 11:00:06

Müsahibə
Belarus prezidenti Aleksandr Lukaşenko koronavirus epidemiyası səbəbindən ölkədəki aktivləri dondurmağı və iş yerlərini bağlamağı rədd edir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, son açıqlamasında o, epidemiyaya vodka və sauna sayəsində qalib gələcəklərini açıqlayıb. Ölkədə idman yarışları davam edərkən, əyləncə məkanları da öz axarında işləyir. Hökumət vətəndaşlara bol-bol spirtli içki içmək və tez-tez saunaya getmələri üçün çağırış edir və xalqa sadəcə sosial məsafə saxlamaları tövsiyə edilir.

Lukaşenko şəxsən buz xokkeyində iştirak edib və idmanın ən yaxşı antivirus olduğunu deyib.

"Ayaqlarımız üzərində ölmək, dizlərimiz üzərində yaşamaqdan yaxşıdır. Siz heç havada uçan virus görürsünüzmü? Mən də görmürəm. Çünki bura soyuducu kimidir", - deyə Lukaşenko çıxışında bildirib.

Qeyd edək ki, 9,5 milyon əhalisi olan Belarusda indiyə qədər 94 nəfər Kovid-19-a yoluxub. 1994-cü ilən bəri hakimiyyətdə olan Lukaşenko panepidemiyanın başlamasından bəri rahat davranışları ilə diqqət çəkir.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib