Dərc edilib: 01-04-2020

https://www.nuh.az/23568-.html

Milyarder Əlişir Usmanov koronavirusa görə Özbəkistana 20 milyon dollar verdi

01.04.2020 16:43:28

Mədəniyyət

Özbək əsilli rusiyalı milyarder Əlişir Usmanov Özbəkistanda koronavirus ilə mübarizə üçün 20 mln.dollar ayırıb.


KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, vəsait Daşkənd rayonunun Zəngiatski rayonunda koronavirus xəstələri üçün tikilmiş xəstəxananın təchizatına yönəldiləcək.

“Tanınmış biznesmen və mesenat Əlişir Usmanov da dövlətimizin başçısının səylərini dəstəkləyib və bu xəstəxananın ən müasir tibbi avadanlıqla təchiz olunmasına 20 mln.dollar ayırıb”, – deyə məlumatda bildirilir.

Vəsait koronavirusa qarşı mübarizə dövründə hökumətə maliyyə yardımı göstərmək üçün yaradılmış “Özbəkistan mərhəməti və sağlamlığı” ictimai Fonduna verilib.

Qeyd edilir ki, lazımi tibbi avadanlığın alınması üçün Respublika Səhiyyə Nazirliyinə pul köçürülüb.

Xatırladaq ki, əvvəllər Əlişir Usmanov Daşkənddəki evində koronavirusun pandemiyasına görə özünü təcrid edib.

31 mart tarixinə olan məlumata görə, Özbəkistanda 172 nəfər koronavirusa yoluxub. İki nəfər ölüb.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib