Dərc edilib: 02-04-2020

https://www.nuh.az/23580-.html

Fərəcovun Kamaz şoferi olan müavini Xudadatov

02.04.2020 10:52:16

İqtisadiyyat

Xudadatov  2 ali təhsil diplomunu Rusiyada necə əldə edib ? 

 

Uzun müddətdir adı  ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun "sağ əli" olan, vaxtilə Abşeronda at oynadan, sonra  qısa müddətdə Fərəcovun müavini olan və  tez də qovulan, hazırda Sumqayıt icra hakimiyyətində tikinti şöbəsinin müdiri olan ADİL XUDADATOV kimdir ? 


Məlumatlı  mənbənin  dediyinə görə, Xudadatov vaxtilə KAMAZ şoferi işləyirmiş. Sonra KAMAZ şoferi  necə olursa 2 ali məktəbi bitirir. Daha doğrusu, Xudadatovun cibində hazırda 2 ali məktəbin diplomu var. İkisi də Rusiyanın ali məktəblərinin diplomudur, biri isə Dağıstan diplomudur. 

 

Diplomların saxta olub-olmadğını yoxlamaq bizim səlahiyyətimiz və imkanımız daxilində olmadğı üçün hüquq-mühafizə orqanlarından xahiş edirik ki, Xudadatovun diplomlarının saxta olub-olmaddğını araşdırsın.


Maraqlıdır, görəsən KAMAZ şoferi olan bu Xudadatov necə oldu ki, Rusiyada birdən birə 2 ali məktəbə daxil oldu?

 

Bəlkə Xudadatova  qəfil  vergi  verilib ?

Axı KAMAZ şoferi birdən birə necə 2 ali məktəbi, özü də əcnəbi dildə bitirə bilərdi ?


Görünür Zakir Fərəcov da bu oğlanın vergili olduğunu nəzərə alıb və Abşeronda ona yağlı vəzifə verib -Baş memar. 

Fərasətli oğlan olan Xudadatov qısa vaxtda Zakir Fərəcova bir neçə milyon atıb və Zakirin qəzəbinə tuş gəlib və 15 sutka dincəlməli olub. 

Sonradan pulları qaytaran Xudadatov  yenidən Zakir Fərəcovun etimadını qazanıb. Hətta Sumqaylt boyda şəhərdə başçının müavini olub. Ancaq cəmi bir ay. Sonra yuxarılar KAMAZ şoferini müavin qoyduğuna görə, Fərəcovu  sıxıb suyunu çıxardıblar.

Bəli, Sumqayıtda bütün tikinti, abadlı işləri ilə bağlı məsələlər Xudadatovun əlində olub. Onun icazəsi olmadan, daha doğrusu pulunu almadan şəhərdə daşı daş üstə qoymaq mümkün olmayıb. 

Hətta Xudadatov səlahiyyət həddini aşaraq özünü Arxitektura Komitəsinin nümayəndəsi kimi təqdim edir. Görəsən Komitənin rəhbərliyinin bundan xəbəri yoxdur ? 

KAMAZ şoferi indi də KORONA virusdan pul qazanmaq istəyir. İş adamlarını, sahibkarları, tikinti ilə məşğul olanları pul köçürməyə məcbur edir. 

KAMAZ şoferi dostları vasitəsilə xəbər yayır ki, yaxın vaxtlarda rayonlardan birinə icra başçısı təyin olunacaq. 

Bu yerə deyirlər ki, bərəkallah sənə, KAMAZ şoferi. 

 

Məlumat üçün onu da qeyd edək ki, Arxitektura komitəsinin iradlarından və tutduğu  nöqsanlardan sonra Xudadatov yanvar ayının əvvəlindən tutduğu vəzifədən azad edilərək  cərimələnib. Və həmin vəzifəyə, yəni baş memar vəzifəsinə şəhər arxitektura idarəsi Babək Hüseynovu təyin edib. Naəlac qalan Zakir Fərəcov Xudadatovu tikinti şöbəsinə müdir təyin edib. Yəni Xudadatovun şəhərin memarlıq məsələsinə qarışmaq səlahiyyəti yoxdur. 

 

Xudadatovun təkcə təhsili ilə bağlı deyil, digər qaranlıq əməlləri ilə bağlı ilginc məlumatları dəqiqləşdiririk. 

 

 

 

 

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib