Dərc edilib: 02-04-2020

https://www.nuh.az/23587-.html

Nazir sabiq icra başçısını vəzifəyə təyin etdi

02.04.2020 18:28:02

LIVE

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) prorektor vəzifəsinə təyinat olub.


"Qafqazinfo" xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sadıqov Mirdaməd Mirsadıq oğlu UNEC-in Strateji inkişaf üzrə prorektoru vəzifəsinə gətirlib.

Qeyd edək ki, M.Sadıqov 14 fevral 2013-cü ildən 2020-ci il martın 5-dək İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib