Dərc edilib: 03-04-2020

https://www.nuh.az/23603-.html

Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskalara əl qoydu

03.04.2020 18:06:38

Hadisə

İsveçdə fəaliyyət göstərən “Mölnlycke” səhiyyə şirkəti Çindən İtaliya və İspaniyaya göndərmək üçün idxal etdikləri milyonlarla maska və əlcəyin Fransa tərəfindən ələ keçirildiyini açıqlayıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mölnlycke” şirkətinin rəsmi internet səhifəsində açıqlama verilib.

“Fransa tibbi məhsulların ixracını qadağan edib və özlərinə aid olmadığı halda maskaları və əlcəkləri müsadirə edib. Bu, həddən artıq narahatedici və ikrahedici bir hərəkətdir”,- deyə şirkətin icraçı direktoru Riçard Tumi qeyd edib.

Tumi Fransanın gözlənilməz hərəkətindən sonra şirkətin növbəti dəfə Çindən idxal etdikləri tibbi məhsulları İtaliya və İspaniyaya Belçika vasitəsilə göndərəcəklərini bildirib.

Xatırladaq ki, daha əvvəl “Huffington Post” nəşrinin xəbərinə görə, Çindən İtaliyaya göndəriləcək tibbi maskalar Almaniya tərəfindən müsadirə edilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib