Dərc edilib: 03-04-2020

https://www.nuh.az/23604-.html

Praqada sovet marşalının heykəli yıxıldı

03.04.2020 18:26:51

LIVE

Çexiyanın paytaxtı Praqada sovet marşalı İvan Konevin abidəsi sökülüb.

Qaynarinfo Assoşeyted Press nəşrinə istinadən xəbər verir ki, kranla qaldırılan abidənin gələcəkdə onu muzeyə köçürəcəyi gözlənilir. Məlmatda həmçinin qeyd olunub ki, həm Rusiya hökuməti, həm də Çexiya prezidenti Miloş Zeman heykəlin götürülməsinə qarşı çıxıb.
Xatırladaq ki, ötən ilin avqustunda naməlum şəxslər abidəni boyamış, bundan sonra Praqa səlahiyyətliləri heykəlin daşınması ehtimalı barədə danışıqlara başlamışdı. Beləliklə, sentyabrda heykəlin götürülməsi və yerinə Praqanın azadlığı uğrunda canından keçənlərə abidə ucaldılmasına qərar verilmişdi.
Qeyd edək ki, Marşal Konevin heykəli 1980-ci ildə Praqanın alman qoşunlarından 1945-ci ildə azad edilməsi şərəfinə qoyulmuşdu. Konev əməliyyatda iştirak edən 3 sovet cəbhəsindən birinin komandanı idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib