Dərc edilib: 03-04-2020

https://www.nuh.az/23612-.html

Utan, Zakir Fərəcov, utan

03.04.2020 12:23:22

İqtisadiyyat

Allahdan, xalqdan utanmırsan, barı, səni o posta təyin edən Prezidentdən utan, Zakir Fərəcov

 

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı  Zakir Fərəcovla bağlı tək bircə gündə ölkə mediasında yazılanları bir yerə toplasaq  “Min bir gecə nağılları”, lap “Dekameron”  alınar.

Yazılanların məzmunu hamıya məlumdur. Yüzlərlə vətəndaş, iş adamı, sahibkar, usta, fəhlə  Zakir Fərəcovdan gördüyü işin halal haqqını tələb edir. Amma Zakir Fərəcov hər dəfə bir yalanla şikayətçiləri aldadır. Gah deyir gedirəm xaricə  beynimə qan vurmağa qayıdım gəlim pullarınızı ödəyəcəm, gah deyir indi pulum yoxdur, bir aydan sonar verəcəm, gah da deyir ki….

Bir sözlə, bu adamın yalanları bitib tükənmir.

Bunlar hamısı  cəmiyyətə bəlli olduğu üçün təkrar etməyə ehtiyac görmürük.

Zakir Fərəcov təkcə iş adamlarını, sahibkarları aldatmır.

 

Bu adamın yalanları  dünyaca məşhur VİKİPEDİYA-da, RƏSMİ DÖVLƏT SAYT-larında da əks olunub. İnanmırsınız ?


İndi sizə həmin yalanların FOTO-sunu təqdim edəcəyik.

 

VİKİPEDİYA-da   

 

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır.

Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

1971-ci ilin YANVAR  ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

 

SUMQAYIT   şəhər icra hakimiyyətinin saytında  

 

Fərəcov Zakir Fərəc oğlu

      Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.

• Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.


• 1971-ci ilin YANVAR  ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

 

Görəsən, 1961-1971-ci  dərs ilində ( yəni 1971-ci ilin may-iyun ayında) orta məktəbi bitirən Zakir Fərəcov  1971-ci ilin YANVAR ayında

Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə necə başlamışdır ?

1971-ci ilin yanvarında Laçının Qazıdərə kəndində X sinifdə oxuyan  Zakir Fərəcov Sumqayıt şəhərində, özü də Kommunxozda texnik işinə necə düzəlib, necə əmək fəaliyyətinə başlayıb ?  

Qoy, Zakir Fərəcov buna aydınlıq gətirsin. Əlbəttə gətirə bilməz.


Zakir Fərəcov kimi məmurların bütün həyatı belə yalanların üstündə qurulub.

Görəsən, Zakir Fərəcovun “DELO”-su Prezident Aparatına gedəndə buna baxan olmayıb ?

Soruşmayıblar ki, ay Zakir, sən neçə yaşında orta məktəbi bitirmisən, nə vaxt işə düzəlmisən ?

Bəli, Zakir kimi məmurların bütün həyatı belə yalan, saxta işlərlə doludur. Ona görə də, Zakir Fərəcov haqqında hansısa yazını sosial şəbəkədə paylaşan kimi…SÖYÜŞ, TƏHQİR, NİFRƏT..yağışı başlayır.

Əlbəttə, biz söyüşün, təhqirin əleyhinəyik. Amma nə edək ki, bunu Zakir Fərəcov kimi məmurlar özləri qazanıb.

Bəli, bu günlərdə cənab Prezident İlham Əliyev dedi ki, əhalinin az təminatlı-işsiz üzvlərinə minimal dolanışıq üçün KART-lar verilmişdi, sonar bəlli oldu ki, həmin kartları icra başçıları ciblərinə qoyub pulları mənimsəyiblər. Prezident özü dedi ki, bu şərəfsizlikdir, alçaqlıqdır, vicdansızlıqdır, allahsızlıqdır…

Əhali də Prezident deyəni deyir. Sosial şəbəkələrdə hansısa məmur, konkret desək Zakir Fərəcov haqqında yazı paylaşan kimi, narazı insanlar Zakir Fərəcovun ünvanına nələr yazmır: moşşenik, yalançı, rüşvətxor, dələduz, fəhlələrin pulun yeyən, haramxor və…daha nələr, nələr..

Zakir Fərəcov ! Biz bu söyüş, təhqir  dolu şərhləri silməkdən, pozmaqdan bezmişik ee…Amma sən pis əməllərindən bezmirsən.

Axırda bu insanlar  sənin evinin qabağında yığışıb “Səni deyirlər, Zakir Fərəcov” oxumalı olacaqlar. Sən onda nəvələrindən utanmayacaqsan ? Nəvələrin  deməyəcək ki, yaşının, başının bu vaxtında bu nə oyundur, bu nə LAMBADA-dır, ay BABA?


Yeke kisisen camaatin pulunu ver dee...


Ayıbdır, Zakir Fərəcov !

Sənin kimi məmurlar, nə Allahdan, nə xalqdan utanır. Barı, səni o posta təyin edən Prezidentdən utan !

   

NUH informasiya agentliyi səhifəsindən çap edilib