Dərc edilib: 04-04-2020

https://www.nuh.az/23616-.html

“Uçan boşqablar” dəstəsi Meksika və ABŞ səmasında parad keçirdi (VİDEO)

04.04.2020 15:22:58

Maqazin

Meksika və ABŞ səmasında çox sayda UNO müşahidə edilib.

Qaynarinfo xəbər verir ki, bir qrup naməlum uçan obyekt Laquna çimərliyində (Kaliforniya) yerli sakinlər tərəfindən görülüb. Bununla birlikdə San Dieqo və Sakramento və Nyu York ştatının şahidləri də eyni qrupu müşahidə ediblər.
Şahidlərin dediyinə görə, bir qrup UNO üfüqdən nizamlı şəkildə yaxınlaşaraq bir müddət səmada bir xətt üzrə düzülərək qalıblar. Bütün bu "performans" təxminən 20 dəqiqə davam edib, sonra isə naməlum obyektlər yox olub.
Yeri gəlmişkən, bu, UNO qruplarının müşahidəçilərin gözü qarşısında ilk nümayişkaranə şəkildə özünü göstərməsi faktı deyil. Belə anlamaq olur ki, onların əsas məqsədi sadəcə öz varlıqlarını göstərməkdir. Bəzi ufoloqlar belə bir jesti yadplanetlilərin insanlarla yaxınlaşmaq istəyinin nəticəsi hesab edirlər.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib