Dərc edilib: 05-04-2020

https://www.nuh.az/23627-.html

Hansı qohumların dəfnində iştiraka icazə verilir? - DİN-dən açıqlama

05.04.2020 09:16:19

Region

Sabahdan etibarən ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşların SMS-lə icazə alıb yaşayış yerini tərk etmələri ilə bağlı məsələlərdən biri də yaxın qohumunun dəfnində iştirakla bağlıdır.


Bəs, dəfnində iştiraka verilən yaxın qohumlar hansılardır?

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 19-cu maddəsinə əsasən, yaxın qohumlar anlayışına nənələr, babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı-qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aid edilib.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib