Dərc edilib: 06-04-2020

https://www.nuh.az/23653-.html

Prezident Akif Çovdarovu əfv etdi

06.04.2020 17:17:02

İqtisadiyyat

İlham Əliyevin bu gün əfv etdiyi şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov da var. 


"Qafqazinfo"nun verdiyi xəbərə görə, A. Çovdarov əfv edilərək azadlığa buraxılıb.

Qeyd edək ki, A. Çovdarovun 68 yaşı var. O, 2015-ci ildə "MTN işi" ilə bağlı həbs edilmişdi. Məhkəmənin hökmü ilə A. Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib