Dərc edilib: 06-04-2020

https://www.nuh.az/23655-.html

Nuşirəvan Məhərrəmlini o əvəzlədi - MTRŞ-də yeni sədr

06.04.2020 18:31:05

LIVE

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.


"Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb. “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü İsmət Rəcəb oğlu Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib.

Qeyd edək ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli idi. O, 2003-cü ildən Teleradio Şurasına rəhbərlik edirdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib