Dərc edilib: 07-04-2020

https://www.nuh.az/23666-.html

Fərəcov ya başını itirib, ya da başında ciddi PROBLEM var

07.04.2020 10:40:52

LIVE

Sumqayıt şəhərində ağaclar kütləvi şəkildə kəsilib.

 

Heydər Əliyev: " O ağacları kəsənlər elə bil mənim balalarımın başını kəsib" 

 

Zakir Fərəcov ya başını itirib, ya da başında ciddi PROBLEM var 

 

 

 

Məlumatı jurnalist Natiq Cavadlı dünən  yayıb. O bildirib ki, ərazidə ağacların “soyqırım”ı həyata keçirilir: “Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə səslənirəm, bu nə biabırçılıqdır?!”

 

 Fakt şəhərin 45-ci məhəlləsindəki xəstəxananın arxasında qeydə alınıb.

 

 NUH.az-ın apardığı  araşdırma zamanl məlum  olub ki, ağaclara  qarşı  “soyqırım”ı  həyata keçiriən şəxs  Sumqayıt şəhər icra hakimiyyətinin başçısı  Zakir Fərəcovun  bacısı  oğlu  Hüseyn  Həsənovdur.

O, Şəhər  Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində  işləyir.

 

Bir müddət əvvəl  Zakir Fərəcovun bacısının həyat yoldaşı, Sumqayıt Nəqliyyat MMC-nin müdiri Xannı Rüstəmovun adı külli miqdarda pulu yığıb ölkədən qaçmaqda  hallandı. 


Başçının  digər bacısı oğlu  Məhəmməd  Həsənov  Abşeron icra hakimiyyətində  at oynadır.  

Deyəsən həqiqiqətən də Zakir Fərəcovun  bacısı uşaqları, qohum-əqrəbası  Sumqayıta  qənim kəsiliblər.

 

Zakir Fərəcov bilmir ki, Ulu Öndər ağacları kəsən, yaşıllıqları məhv edən şəxslərə üz tutaraq " Siz elə bilin ki mənim balalarımın başını kəsmisiniz "  deyib. 

Mərhum Prezident digər çıxışında ağacları kəsənlər  elə bil mənim qolumu kəsirlər  deyib. 

Görünür  Zakir Fərəcov ya başını itirib, ya da başında nəsə ciddi problem var. 

 

 

    

NUH informasiya agentliyi səhifəsindən çap edilib