Dərc edilib: 07-04-2020

https://www.nuh.az/23671-.html

Kaçinskinin həlak olduğu qəzanın səbəbi tezliklə məlum olacaq ŞOK

07.04.2020 15:55:10

Hadisə
Polşanın keçmiş prezidenti Lex Kaçinskinin həlak olduğu təyyarə qəzasını araşdıran Polşa komissiyası gördüyü işin nəticələri ilə bağlı hesabat hazırlayıb.

Qaynarinfo xəbər verir ki, komissiya başçısı Antoni Maçereviçin Polşa radiosuna bildirdiyinə görə, hesabatda baş verən qəzanın səbəbləri açıqlanacaq. Məruzə qısa müddətdə yayımlanacaq.

Onun sözlərinə görə, hesabatın yayımlanması koronavirusla bağlı vəziyyətin kəskinləşməsi səbəbindən təxirə salınıb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib