Dərc edilib: 07-04-2020

https://www.nuh.az/23676-.html

Çe Gevara: Əfsanəvi komendante haqda bilinməyən faktlar: natəmiz, müqəddəs... (FOTO)

07.04.2020 21:21:55

Region
Ernesto Çe Gevara - keçən əsrin əllinci illərində Kuba inqilabi hərəkatının əsas simalarından biri. Argentinalı olmasına baxmayaraq, özünü Azadlıq adası sakinlərinin maraqlarını qorumağa həsr edir. Buna görə əfsanəvi komendante indi də ideallara sarsılmaz cəhdin simvolu sayılır. Portretini küçələrdə, afişalarda, suvenir və köynəklərdə görmək olar. Bununla belə, çətin ki, heç də maksimalist gənclərin hamısı Latın Amerikasının məşhur inqilabçısı Ernesto Rafael Gevaranın həyatı və ölümü haqqında incəliklər haqda müfəssəl danışa bilsin.

Şəxsi gigiyenaya biganəlik... 

Əfsanəvi komendante Çe Gevara olduqca nadir hallarda yuyunardı. Elə buna görə də uşaqlıqda onu donuz adlandırırmışlar. Yetkinlik yaşında olsa da, yalnız müstəsna hallarda hamamlanardı. Fakt budur ki, şəxsi gigiyenasına laqeydliyi Ernestonun kəskin astma tutmalarına səbəb olan soyuq su xofundan qaynaqlanırdı. İnqilabi mübarizə şəraitində komendante tez-tez fürsət düşən yerlərdə - soyuq sulu çay və bulaqlarda yuyunardı. Bir dəfə Ernesto, onun astma tumasına səbəb olan buz vannasına girmişdi ki, bu da onu orduya aparılmaqdan can qurtramasına səbəb olmuşdu.

Ağcaqanadları siqarla qovardı 

Kuba inqilabı zamanı Ernesto Çe Gevaranın yerli tütün məhsullarına asılılığı yaranmışdı. Siqar tüstüsü ona zəhlətökən ditdili və ağcaqanadlardan qorunmağa kömək edirdi. Hərçənd elə astma səbəbiylə siqar çəkmək əfsanəvi komendanteyə qəti olmazdı. Bundan əlavə, Ernestonun Kuba siqarlarının hansısa birinə xüsusi bağlılığı yoxdu, buna görə də nə tapsa, ondan çəkərdi.

Müqəddəs Ernesto de La Higuera 

Latın Amerikasının bir sıra dövlətlərində Ernesto Çe Gevara sözün həqiqi mənasında müqəddəs sayılır. Onu San Ernesto de La Higuera çağırırlar. Bu müqəddəslik 1966-cı ilin payızının sonlarında dönməz inqilabçının gəldiyi Boliviyadakı hadisələrlə bağlı yaranıb. Çe orada bütün ölkədə partizan müharibəsi başlatmağa hesablanmış gizli bir hərəkat təşkil edir.
Ancaq təxminən bir ildən sonra əfsanəvi komendantenin inqilabi dəstəsi mühasirəyə alınır və demək olar ki, hökumət bölmələri tərəfindən tamamilə məhv edilir. Ernesto yaralanır, bu, Boliviya hökumətinin onu tutub ertəsi gün öldürməsilə nəticələnir. Məhz inqilabçının ölümündən sonra ölən Çe Gevaranın İsa Məsihə inanılmaz dərəcədə oxşaması haqda şayiələr yayılmağa başlayır.
Kuba - şahmatda 

Ernesto Argentinada anadan olub və on bir yaşında Kubaya maraq göstərməyə başlayıb. Tanınmış Kapablanka şahmatçısı onun bu marağına dolayı yolla kömək edib. 1939-cu ildə kubalı qrossmeyster Argentinanın paytaxtını ziyarət edir, bundan sonra komendante həm oyuna, həm də Azadlıq adasına bağlanır. Ernesto şahmat sevgisini bütün həyatı boyu itirmir.
Bundan əlavə, komendante şeir yazır və oxumağı çox sevirdi. Ən çox sevdiyi müəlliflər fransızdilli yazıçılar Jan-Pol Sartr və Simone de Bavuar olub. Ernesto çətinlik çəkmədən onların əsərlərini orijinaldan oxuyur. 1960-cı ildə komendante öz ədəbi kumirləriylə görüşə bilir. Əlbəttə ki, bu, Kubada baş verir.
 
 
    

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib