Dərc edilib: 08-04-2020

https://www.nuh.az/23686-.html

Bərdədə prezidentin tapşırıqları yerinə yetirilir

08.04.2020 18:56:32

LIVE

Bərdə rayonunda dezinfeksiya işləri aparılır, virusun yayılmaması üçün karantin rejiminə ciddi əməl olunur...

 

PİA.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir. Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargahın düzgün qurulmuş fəaliyyəti və aparılan təbliğat işləri nəticəsində karantin rejiminə demək olar ki, riayət olunur. Bu məqsədlə icra başçısı Vidadi İsayevin birnaşa rəhbərliyi altında 0 ardıcıl tədbirlər həyata keçirilir. Bərdədən aldığımız məlumatlarda bildirilir ki, gərgin iş rejiminə baxmayaraq əhalinun problemlərinə və müraciətlərinə vaxtında reaksiya verilir və köməyə ehtiyacı olan insanlara kömək göstərilir. Xüsusən az təminatlı ailəıərin problemləri diqqət mərkəzində saxlanılr və yaşlı insanlara qayğı göatərilir.

Eyni zamandabxüsusi dərman pereparatları vasitəsi ilə Bərdənin bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir.

Şəhərin prospekt və küçələri mütəmadi olaraq xüsusi maddələrlə yuyulur. Həmçinin binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkənlərində, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür, əhali arasında maarifləndirmə işləri aparılır.

Müntəzəm olaraq infeksiyaya yoluxma riskinin qarşısının alınması məqsədilə təlimatlar sakinlərə izah olunur, küçə və meydanlara maarifləndirici elanlar vurulur. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin və maskaların olmasına nəzarət edilir.

Məlumatda bildirilir ki, Bərdə rayonunun bütün yaşayış məntəqələrində orerativ mobil qruplar yaradılmış və həmin qruplar zərurət olmadığı halda vətəndaşların küçəyə çıxmamasına və küçəyə çıxarkən karantin qaydalarına uyğun hərəkət etmələrinə ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində insanları küçələrə çıxmaları maksimum şəkildə məhdudlaşdırılıb.

Şəhərin təmizliyi diqqət mərkəzində saxlanılır. Xidmət təşkilatlarının, polis əməkdaşlarının və səhiyyə işçilərinin birgə işi rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirilərək mükəmməl şəkildə nöqsansız həyata keçirilməsinə ciddi nəzarət edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib