Dərc edilib: 09-04-2020

https://www.nuh.az/23689-.html

Nazir bu gündən 190 manatın veriləcəyini açıqladı

09.04.2020 10:14:38

Cəmiyyət

 

Bu gündən 190 manat dəyərindəki birdəfəlik ödənişlərin vətəndaşlara verilməsinə başlanılır.


Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-də qonaq olan zaman deyib. Nazir bildirib ki, 9 apreldə ilk araşdırmadan keçən insanlara ödənişlər ediləcək:

“Birdəfəlik ödəmələrin verilməsinə 9 apreldən başlanılması planlanıb. Ancaq sayın kifayət qədər çox olduğunu nəzərə alsaq, bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq. Artıq 30 min insanın məlumatı emal olunub. Onlara ödənişlərlə bağlı qərar qəbul edilib”. 

Nazir vurğulayıb ki, dövlətin sosial öhdəliyi yaşayış minimumundan aşağı vəsait alan insanlara dəstək verməkdir: “Bu gün 1000 manat, 5000 manat, 800 manat məvacib alanlara xüsusi dəstək ayrılmalı deyil. Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır. Ölkədə müəllimin orta əmək haqqısı 500 manatdır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib