Dərc edilib: 09-04-2020

https://www.nuh.az/23693-.html

Azərbaycan hökuməti Türkiyədəki vətəndaşlarına maddi yardım edir

09.04.2020 12:08:59

LIVE

Məlumdur ki, dünyada tüğyan edən koronavirus  pandemiyası ilə mübarizə üçün hər bir ölkə öz vətəndaşlarına maddi və mənəvi dəstək olmağa çalışır. Azərbaycan hökuməti də  bu istiqamədə lazım olan addımları atır. Və nəinki ölkə daxilində, hətta ölkə xaricindəki vətəndaşlarına dəstək olmağa çalışır.

 

NUH.az-a  daxil olan məlumata görə, Azərbaycan hökuməti  qardaş Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına 200 TL maddi yardım edir, ərzaqla təmin edir. Hətta ciddi ehtiyacı olanları müəyyən etmək üçün Türkiyədə yaşayan vətəndaşlarımıza sorğu anketləri paylanılıb.

 

Konkret olaraq Antalyada bu istiqamətdə vacib olan tədbirlər görülür. 


 



NUH informasiya agentliyi səhifəsindən çap edilib