Dərc edilib: 09-04-2020

https://www.nuh.az/23699-.html

Dövlət nə qədər güclü olsa da, onun imkanları tükənməz deyil

09.04.2020 19:11:53

Müsahibə

Təəssüf ki, bütün dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən koronavirus yeni-yeni canlar almaqdadır. Nə yaxşı ki, dövlət səviyyəsində öncədən həyata keçirilən tədbirlər sayəsində hələlik ölkəmizdə sanitar- epidemioloji vəziyyəti nəzarət altında saxlamaq mümkün olub.

 

Ancaq bu pandemiyanın nə vaxta qədər davam edəcəyi bəlli deyil. Ona görə də, hər bir vətəndaş dərk etməlidir ki, dövlət nə qədər güclü olsa da, onun imkanları tükənməz deyil. Ona görə də, hamı bir nəfər kimi, bu pandemiya ilə mübarizəyə öz dəstəyini verməlidir- ilk növbədə karantin qaydalarına əməl etməklə. Təəssüf ki, bəzi vətəndaşlarımız vəziyyətin ciddiliyini hələ də tam qəbul etməyib, başa düşmürlər ki, vəziyyət nəzarətdən çıxarsa dövlətimiz, xalqımız hansı fəsadlarla üzləşə bilər. Hamı başa düşməlidir ki, bizlər-dövlət və xalq olaraq- çətin sınaq qarşısındayıq və bu sınaqdan yalnız mövqeyindən, vəzfəsindən, iqtidarda-müxalifətdə olmasından, siyasi baxışlarından asılı olmayaraq hamının birgə fəaliyyəti nəticəsində müvəffəqiyyətlə çıxa bilərik. Kimsə koronavirusa qarşı, onun insanlarımıza, iqtisadiyyatımıza vura biləcəyi mənfi təsirlərin aradan qaldırılması, yumşaldılması istiqamətində ölkəmizdə həyata keçirilən və keçirilməsi planlaşdırılan tədbirləri yetərli hesab etməyə bilər. Əgər belə düşünənlər varsa həyata keçirilən tədbirləri tənqid etməkdənsə, onların daha da genişləndirilməsi və dərinləşdirilməsi üçün təkliflərini versinlər, reallaşdırılması üçün mənbələri göstərsinlər, öz xidmətlərini təklif etsinlər.

 

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

 


 



NUH informasiya agentliyi səhifəsindən çap edilib