Dərc edilib: 10-04-2020

https://www.nuh.az/23703-.html

Ukrayna nüvə alimlərindən hökumətə SOS: “Yeni “Çernobıl”la üz-üzəyik"

10.04.2020 13:08:08

LIVE

Ukraynanın Nüvə Enerji və Sənayesi Veteranları Birliyi ölkənin nüvə enerjisindəki təhlükəli vəziyyət və "yeni bir Çernobıl" ehtimalı barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə parlamentin keçmiş deputatı Aleksey Juravkonun Feysbukda dərc etdiyi müraciətdə deyilir. Bu məktub prezident Vladimir Zelenski, Baş nazir Denis Şmıqala və Ali Radanın spikeri Dmitri Razumkova ünvanlanıb.
Xəbərdarlıqda deyilir ki, ölkənin aparıcı elektrik tədarükçüsü NNEGC Enerqoatomda müvafiq icazələrlə işləyən daimi menecerlər yoxdur. Təşkilat nümayəndələrinin sözlərinə görə, qanuni olaraq heç kim nüvə stansiyalarının təhlükəsizliyinə cavabdeh deyil. "Həqiqətənmi bir Çernobıl bizə bəs etmir ki, bunu təkrar etməyə çalışırıq?" - atom alimləri yazır:
Bununla yanaşı, müraciət müəllifləri əlavə edib ki, nə üçünsə daim "Enerqoatom” rəhbərliyinə nüvə enerjisindən uzaq insanlar təyin olunurlar.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Çernobıl xaric zonada 35 hektara qədər ərazidə meşə yanğının baş verməsi barədə məlumat vermişdik.

NUH informasiya agentliyi səhifəsindən çap edilib