Dərc edilib: 10-04-2020

https://www.nuh.az/23705-.html

Fərəc Quliyev: “İnsanlara 5 manat verirsən, deyir, 15 manat verməlisən”

10.04.2020 15:53:26

LIVE

“Özünü radikal adlandıran qüvvələrin, xüsusilə, Milli Şura üzvlərinin çağırışlarının, insanları çaşdıran bəyanatlar vermələrinin hər kəs şahididir”.

 

Bunu Milli Məclisin sabiq deputatı Fərəc Quliyev deyib.

 

F.Quliyev qeyd edib ki, bu məsələdə fədakarlıq göstərmək əvəzinə, kiçik bir yanlışı, çatışmazlığı tirajlamaq doğru deyil: “İnsanlara beş manat verirsən, deyir 15 manat verməlisən, yaxud hansısa sektorun inkişafı ilə bağlı vəsait ayrılırsa, deyir bu gün iş yerinə ehtiyac yoxdur, yalnız pul paylayın...Belə yanaşma olmaz axı. Dünənə qədər sən məşğulluq istəyirdin, indi fərqli yanaşma ortaya qoyursan. Burada ölkənin taleyindən söhbət getdiyini qətiyyən unutmaq olmaz. Dövləti qətiyyən sarsıtmaq olmaz. Ola bilsin ki, insanların tələblərinə lazım olanları həyata keçirmək imkanları olmasın, bunu başa düşürəm. Amma hər halda, bu gözəgörünməyən düşmənlə savaşdır. Burada hamıdan fədakarlıq gözlənilir. Polislər, tibb işçiləri bunu artıqlaması ilə göstərirlər. Siz jurnalistlərin özlərini qorumadan müəyyən yerlərə getməyinizi, prosesləri işıqlandırmağınız azmı fədakarlıqdır? Belə məqamda siyasi ambisiyalardan çıxış edərək, qarşı tərəfin üstünə getmək doğru deyil. Milli maraqları qorumaq üçün hər kəs özünü əsgər kimi aparmalıdır. Kənardan atılan güllə ölkənin üzərinə gəlir, insanların siyasi kimliyini hədəf almır ki... Belə məqamlardan istifadə cəhdləri məni üzür. Təəssüf edirəm ki, bu hələ də davam edir”.Musavat

NUH informasiya agentliyi səhifəsindən çap edilib